Koronavirusa 2-ci yoluxma necə baş verir? - Hər kəs diqqətli olmalıdır
11:20 13 Yanvar 2021
Əgər koronavirusa təkrar yoluxma halları müşahidə olunarsa, bu, vəziyyəti mürəkkəbləşdirib arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Çünki təkrar yoluxma zamanı virusun yeni mutasiyasının əmələ gəlməsinə imkan yarana bilər.
Femida.az xəbər verir ki, bunu Trend-ə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
N.Abdullayev bildirib ki, virusdan sağalan şəxs yenidən yoluxarsa, bu zaman infeksiya insan orqanizmində formalaşan immunitetə qalib gəlmək üçün özünü dəyişdirə bilir və beləliklə, virusun mutasiya olunmuş (escape mutasiya) yeni variantı yaranır.
O qeyd edib ki, bu cür mutasiya artıq cənubi Afrikada rast gəlinib və mütləq olaraq Azərbayanda da ciddi nəzarətdə saxlanılmalıdır.
N.Abdullayevin sözlərinə görə, insanlar bilməlidir ki, hamını birdən vaksinasiya etmək mümkün deyil, ona görə də onlar vaksinasiyadan sonra da özlərini qorumalı və özünü təcridetmə qaydalarına əməl olunması davam etməlidir.
Oxunub: 457
Oxşar xəbərlər
- Koronavirusa görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa yoluxduğuna görə işə gedə bilməyən şəxslərin maaşı necə ödənilməlidir?
- Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub
- Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
- Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb
- Koronavirusa görə bağlanan məktəb açılıb
- Koronavirusa görə bağlanan gimnaziyada əyani tədris bərpa edilib
- Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşıb
- Koronavirusa yoluxmuş Xalq artisti evə buraxılıb