Şəhid ailəsinə qarşı 10 minlik dələduzluq edən tutuldu
14:09 13 Yanvar 2021

Tovuz rayonunda vətəndaşların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən rayonun Yuxarı Öysüzlü kənd sakini, 45 yaşlı Mahal Qurbanov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, M.Qurbanov ötən ilin fevral ayında həmkəndilisini işlə təmin edəcəyinə söz verərək, onu dələduzluq yolu ilə aldadaraq həmin şəxsdən 2 400 manat pul alıb.
Bundan başqa, saxlanılan şəxs 2020-ci ilin may ayında Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, onun valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaiti nağdlaşdırmaq üçün 10 000 manat pul tələb edildiyini bildirib və beləliklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.
"Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər", Mətbuat xidmətindən bildirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 223
Oxşar xəbərlər
- Şəhidlər xiyabanı istiqamətində avtobusların hərəkəti dəyişəcək
- Şəhidlərin yeni siyahısı açıqlandı: 2855 nəfər dəfn edilib, 50 nəfər itkindir
- Şəhid ailələrinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim edilib
- Şəhidin ölümündən sonra dünyaya gələn övladı doğum evindən evə buraxılıb
- Şəhid ailələri və müharibə əlillərinə yeni dəstək paketi
- Şəhid ailələrinə hər ay 500 manat məbləğində Prezident təqaüdü veriləcək
- Şəhid ailələrinə və Qarabağ əlillərinə 60-dək ev verildi
- Şəhid ailələri və qazilərə sosial-psixoloji dəstək davam edir
- Şəhid və yaralı hərbçilər üçün 18 milyon manatdan çox ödəniş edilib
- Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib