"Dərs vaxtı"nda "Nizami dərsləri" yayımlanacaq
14:55 13 Yanvar 2021
Növbəti həftədən etibarən "Dərs vaxtı" proqramı çərçivəsində "Nizami dərsləri" yayımlanacaq.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, "Nizami Gəncəvi ili" ilə əlaqədar yayımı nəzərdə tutulan "Nizami dərsləri" çərçivəsində şagirdlər klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış ola biləcəklər.
Qeyd edək ki, "Dərs vaxtı" proqramı Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanır.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
Femida.az
Oxunub: 326
Oxşar xəbərlər
- Dərslər bu tarixdən başlayır
- Dərs başlayandan Azərbaycanda 241 sinif distant təhsilə keçirilib
- Dərslər dayandırılacaq? - Rəsmi açıqlama
- Dərs cədvəli məktəb səviyyəsində tərtib edilir - Təhsil Nazirliyindən AÇIQLAMA
- Dərs vaxtının bu günə olan cədvəli
- Dərslərin başlaması ilə bağlı - RƏSMİ AÇIQLAMA
- Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM
- Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM
- Dərslərin dayandırılması müddəti uzadıldı
- Dərslər mayın 2-dək təxirə salındı - RƏSMİ