Bakıda yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb


15:29     13 Yanvar 2021 2021/01/Снимок_1610537600.jpg

Bakı şəhəri, Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsinin “Eko-Radar” bölməsinə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Femida.az-a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti, 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub.

O qeyd edib ki, ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5 000 manat məbləğində cərimə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 410