Komitə sədri onlayn vətəndaş qəbulu keçirəcək


17:20     13 Yanvar 2021 2019/02/aynur-sofiyeva_1549528341.jpg

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 22 yanvar 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək.

Komitədən Femida.az-a verilən məlumata görə, onlayn qəbul Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Naftalan, Tərtər rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 10:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.

Əlavə suallar yarandıqda Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: 022 245 30 13 ) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.

Femida.az

Açar sözlər:

Oxunub: 472