61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb


17:54     13 Yanvar 2021 21_01_13_1610546143.jpg


“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən qida məhsulları sahəsində fəaliyyət göstərən 61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Femida.az-a verilən məlumata görə, 5 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Femida.az

Açar sözlər:

Oxunub: 414