Azərbaycanda koronavirusa qarşı peyvəndləmə könüllü olacaq


18:35     13 Yanvar 2021 21_01_13_1610549132.jpg


Azərbaycanda koronavirusa qarşı peyvəndləmə könüllü olacaq.


"Report" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, peyvənd olunmaq istəyən vətəndaşların istifadəsində elektron qəbula yazılmaq üçün (randevu) sistem olacaq.

"Bu sistem vasitəsilə onlar peyvənd olunmaq üçün yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və uyğun saatı seçmək imkanı əldə edəcəklər", - məlumatda bildirilib.

Məlumata görə, vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün imtina olunacağı təqdirdə hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 521