Vaksin ölümə səbəb ola bilərmi? - TƏBİB-dən cavab


18:47     13 Yanvar 2021 2021/01/f9b8b-1610548656_1610549305.jpg


Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər.

Bu barədə Femida.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil: "Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər Sinovac vaksininin 3-cü klinik faza tədqiqatları zamanı ölüm halı müşahidə olunmayıb".

Həmçinin qeyd olunub ki, Sinovac vaksinini istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 253