Türkiyə və Pakistan növbəti dəfə Azərbaycana dəstək verdilər
20:28 13 Yanvar 2021

Türkiyə və Pakistan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi məsələsində Azərbaycana növbəti dəfə dəstək veriblər.
Femida.az-ın xəbərinə görə, bu, Pakistanın xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə yanvarın 13-də İslamabadda keçirilən üçtərəfli görüşün yekun bəyannaməsində əksini tapıb.
"Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar edirlər.
Müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qalırlar", - bəyannamədə vurğulanıb.
Femida.az
Oxunub: 194
Oxşar xəbərlər
- Türkiyə qırıcıları Aralıq dənizinin üzərində uçuş edib
- Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirib
- Türkiyə yeni patrul təyyarəsini istifadəyə verib
- Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır
- Türkiyə Fərman İsmayılovun öldürüldüyü gəmini axtarır
- Türkiyədə COVID-19-dan 159 nəfər ölüb
- Türkiyə MN-dən 20 Yanvar paylaşımı: Unutmadıq!
- Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
- Türkiyə səfirliyi və Türk Şurası 20 Yanvarla əlaqədar mesaj yayımladı
- Türkiyə ordusu 226 terrorçunu məhv etdi