Mingəçevirdə avtomobil qaz borusuna çırpılıb


09:18     14 Yanvar 2021 21_01_14_1610572769.jpg

Mingəçevirdə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Femida.az -ın məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsində baş verib.

1990-cı il təvəllüdlü sürücü Əzimli Sahil Nüsrət oğlunun idarə etdiyi "BMW" markalı minik maşını yol kənarındakı maneələrə, o cümlədən qaz borusuna çırpılıb. Qəza zamanı xəsarət alan sürücüyə hadisə yerində tibbi yardım göstərilib.

İlkin məlumata görə, qaz borusu zərər görsə də, ötürücülük qabiliyyətini itirməyib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 351