ÜST koronavirusla bağlı fövqəladə iclas keçirəcək
09:36 14 Yanvar 2021

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı fövqəladə komitənin iclasında dünyada COVID-19-la bağlı vəziyyəti müzakirə edəcək.
Bu barədə “Report” təşkilatın mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir.
Qeyd edilir ki, növbəti iclas 2020-ci ilin 22 yanvarından bu günə kimi keçirilən altıncı toplantı olacaq. İclasın nəticələrinə əsasən ÜST-ün baş direktoruna və üzv ökələrə vəziyyətin nizama salınması üzrə tövsiyələr veriləcək.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxunub: 202
Oxşar xəbərlər
- ÜST-dən COVID-19-la bağlı XƏBƏRDARLIQ - Yeni ildən sonra...
- ÜST Oqtay Şirəliyevə təşəkkür edib
- ÜST maska taxma qaydalarını sərtləşdirdi
- ÜST Avropada koronavirusa yoluxma hallarının artmasından narahatdır
- ÜST COVID-19-un mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb
- ÜST Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb
- ÜST-ün missiyası Azərbaycana gəlib
- ÜST dünyada koronavirusla bağlı son vəziyyəti açıqlayıb
- Üstündə mobil telefon aşkarlanan 2 nəfər qəbul imtahanından xaric olunub
- ÜST koronavirusun hava ilə ötürülməsini istisna etməyib