Bakıda sərnişin avtobusu motosikletlə toqquşdu, xəsarət alan var


10:11     14 Yanvar 2021 21_01_14_1610574375.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sürücü, 2001-ci il təvəllüdlü Yusifov Kənan Mahir oğlu motosikletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi sərnişin avtobusu ilə toqquşub. Nəticədə K.Yusifov xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona üz-çənə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 247