Xocalı yol idarəsinin əməkdaşı minaya düşüb
10:24 14 Yanvar 2021

Yanvarın 13-də saat 11 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə Tərtər Rayon Prokurorluğuna məlumat daxil olub.
Tərtər Rayon Prokurorluğundan Femida.az -a verilən məlumata görə, aparımış araşdırmalarla müyyən edilib ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi “LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 277
Oxşar xəbərlər
- Xocalı qurbanları bir dəqiqəlik sükutla yad olundu
- Xocalı soyqırımından 29 il ötür
- Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
- Xocalıda itkin düşmüş 16 yaşlı Cavan - VİDEO
- Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı
- Xocalı soyqırımının cəlladlarından olan erməni general öldü
- Xocalı DYP-yə yeni rəis təyin edildi
- Xocalı soyqırımının iştirakçısı olan erməni məhv edildi
- Xocalıdakı radilokasiya stansiyası məhv edilib (VİDEO)
- Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib