Vaksinasiya bu şəxslərdə az effekt verə bilər - AÇIQLAMA
10:59 14 Yanvar 2021
"Bütün növ koronavirusa qarşı vaksinlər təsirlidir. Sadəcə olaraq effektləri müəyyən qədər fərqli - az yaxud çox ola bilər. Amma istənilən halda vaksinasiya mütləq şəkildə xeyirlidir. Ola bilər ki, xeyri bir qədər az olar, zərəri isə milyonda bir".
Femida.az xəbər verir ki, bu sözləri həkim Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, vaksinasiyadan sonra bəzi şəxslərdə yaranmış anti-cisimlərin qanda miqdarı yetərli qədər olmaya bilər:
"Tutaq ki, anti-cisimlərin iki dəfə vaksinləşmədən sonra 5-6 ay olması planlaşdırılır. Lakin ola bilər ki, bəzi şəxslərdə bu müddət daha tez başa çatsn. Lakin bu, hamıya aid deyil. Bunu kontrol qan analizləri ilə tənzimləmək olar.
Amma vaksinin ciddi yan təsirlərinin olması barədə dezinformasiyalar və ya hansısa ölkədə vaksindən ölənlərin olması barədə şayiələr absurd fikirlərdir. Biz hamımız vaksin etdirməyə can atmalıyıq".
Oxunub: 515
Oxşar xəbərlər
- Vaksinasiyadan sonra şokolad, spirtli içkinin qəbulu məsləhət görülmür- TƏBİB
- Vaksinasiya ilə bağlı əks-göstəriş sertifikatı kimlərə veriləcək?
- Vaksinasiya olunmayan təhsil işçilərinin sayı açıqlanıb
- Vaksinasiya ilə bağlı təbliğat kampaniyası davam edir - VİDEO
- Vaksinasiyada saxtakarlıq edən kişi həbs edildi - Tibb bacıları cərimələndi
- Vaksinasiya ilə bağlı Azərbaycanda SON STATİSTİKA
- Vaksinasiya ilə bağlı 40 ən vacib sual
- Vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə!