Xəzərin sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb
11:15 14 Yanvar 2021

Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində dəniz sahilinə bərk tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Femida.az-a bildirib ki, əraziyə baxış keçirilib və sahil zolağına yaxın ərazidə fərdi yaşayış evinin tikintisi zamanı formalaşan inşaat tullantılarının dəniz sahilinə atıldığı məlum olub.
O qeyd edib ki, faktla bağlı qanun pozucusu, fərdi yaşayış evinin sahibi vətəndaş Sadıx Babayev cərimə olunub, əraziyə cavabdeh Türkan bələdiyyəsi barəsində isə inzibati tədbir görülüb: “Sahil zolağının qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün aidiyyəti qurumlara müraciət olunub”.
Oxunub: 234
Oxşar xəbərlər
- Xəzərin sahilində keçirilmiş növbəti monitorinqin nəticələri
- Xəzərin sahili sintetik torlardan təmizlənir
- Xəzərin sahilini hasarlayan vətəndaşa yazılan cərimə ləğv edilib - MƏHKƏMƏ
- Xəzərin dibində seysmoloji stansiyalar quraşdırılacaq
- Xəzərin sahilində böyük iməcilik keçiriləcək
- Xəzərin sahilində mina tapıldı
- Xəzərin sahilini zəbt edən 39 nəfər məhkəməyə verilib
- Xəzərin dibindən 445 ton üç gəmi korpusu çıxarılıb
- Xəzərin sahil zolağı plastik tullantılardan təmizləndi
- Xəzərin statusu haqqında konvensiya təsdiqləndi