Şəmkirdə koronavirus xəstəsi saxlanıldı
11:55 14 Yanvar 2021

Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun Təzəkənd kənd sakin Vəli Cabbarzadənin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək müəyyən olunan tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.
Faktlarla bağlı Şəmkir RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, araşdırmalar davam etdirilir.
Oxunub: 274
Oxşar xəbərlər
- Şəmkirdə 17 yaşlı oğlan öz həmyaşıdını qətlə yetirdi
- Şəmkirdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
- Şəmkirdə avtomobil sexində yanğın olub, xəsarət alan var
- Şəmkirdə evdə partlayış olub, xəsarət alan var
- Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
- Şəmkirdə qadına qarşı soyğunçuluq edildi
- Şəmkirdə qonşusunu bıçaqlayan şəxsin kimliyi bilinib
- Şəmkirdə həmkəndlisini güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Şəmkirdə bacanağını öldürən şəxsin istintaqı başa çatıb
- Şəmkirdə yol qəzası baş verib