Agentlik direktoru çap mediasının inkişafı üçün görüləcək işləri açıqlayıb
12:10 14 Yanvar 2021

“Digər media növləri ilə müqayisədə onlayn medianın inkişaf etməsi bütün dünyada müşahidə olunan bir tendensiyadır. Azərbaycan media məkanında da belə bir tendensiya artıq mövcuddur”.
Femida.az xəbər verir ki, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
“İstər çap mediası, istərsə də audiovizual media da artıq onlayn medianın təsirinə məruz qalmaqdadır. Bu baxımdan çap mediasına texniki dəstək layihələri və yayımın təşkil formasına köməklik göstərməliyik. Düşünürük ki, yayım şirkətləri ilə birlikdə bu məsələləri müzakirə etməliyik. Media subyektləri, yayım şirkətləri və Medianın İnkişafı Agentliyi birlikdə müzakirələr aparmalıdır. Həmçinin mexanizmin effektivliyinin artırılması yolları araşdırılmalıdır”, - o bildirib.
Oxunub: 174
Oxşar xəbərlər
- Agentlik Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırdı
- Agentlik oturacaq yerlərindən istifadəyə qadağa qoydu
- Agentlik icbari tibbi sığorta ilə bağlı təsdiqlənən qaydalara aydınlıq gətirilib
- Agentlik: Təcili yardım maşını çağıranda gözləmə müddəti yoxdur və ödəniş edilmir
- Agentlik 38 nəfəri işə götürüb
- Agentlikdən hava xəbərdarlığı
- Agentlikdən təkzib: 1 milyonluq saatı oğurlanan azərbaycanlı Saleh Məmmədovun oğlu deyil
- Agentlik sədri Balakən sakinini canlı yayımda işə dəvət edib
- Agentlik sahibkarları cərimə etməyə başladı
- Agentlik 63 ton günəbaxan tumunu məhv edib