Şuşa istiqamətində hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb


12:13     14 Yanvar 2021 21_01_14_1610612054.jpg

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 376