Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı
13:33 14 Yanvar 2021

Azərbaycan və Pakistan bu gün təbii fəlakətlər zamanı əməliyyatların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Femida.az xəbər verir ki, imza mərasimi İslamabadda - Pakistan Xarici İşlər Nazirliyində baş tutub.
Memorandumu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureşi imzalayıblar.
Tədbirdə həmçinin Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) sədri general-leytenant Axtar Navaz da iştirak edib.
Razılığa əsasən, Azərbaycan və Pakistan fövqəladə hallar və təbii fəlakətlər zamanı bir-birinə kömək edəcəklər.
Femida.az
Oxunub: 151
Oxşar xəbərlər
- Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi
- Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
- Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
- Azərbaycanda 402 yeni yoluxma qeydə alındı
- Azərbaycanda koronavirus ən çox bu bölgələrdə yayılıb
- Azərbaycanda sərt karantin rejimi yumşaldılır - Rəsmi
- Azərbaycanda vaksinasiya BU TARİXDƏN BAŞLAYIR - RƏSMİ
- Azərbaycan Minatəmizləmə Agentliyi yaradıldı
- Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
- Azərbaycanda ən yaşlı pensiyaçının 130 yaşı var