2020-ci ildə Azərbaycana nə qədər əcnəbi gəlib? - Statistika


13:49     14 Yanvar 2021 ecnebi7.jpg


2020-ci ildə ölkəyə gələn əcnəbilərin sayında 4 dəfə azalma müşahidə edilir.

Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2019-cu ildə ölkəyə 3 170 321 nəfər gəlib. 2020-ci ildə isə bu rəqəm 795 761 olub.

V.Hüseynov bildirib ki, ötən il ökəyə gələn əcnəbilərin 22 515 nəfəri Rusiya Federasiyası, 184 253 nəfəri Gürcüstan, 160 513 nəfəri Türkiyə, 72 796 nəfəri İran, 16 954 nəfəri Ukrayna, 136 030 nəfəri digər ölkələrin nümayəndələridir.

Femida.az

Açar sözlər: #əcnəbi   #miqrasiya  

Oxunub: 623