Azərbaycan ilə İran arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
15:03 14 Yanvar 2021

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 14-də İranın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Müdafiə naziri Vətən müharibəsi zamanı İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmiyə salamlarını çatdırmasını xahiş edib.
Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Öz növbəsində, diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.
Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin regional problemlər müzakirə olunub.
Femida.az
Oxunub: 163
Oxşar xəbərlər
- Azərbaycanda problemli kreditlər azalmaqda davam edir
- Azərbaycan və Rusiya FHN 3 hektar ərazini minalardan təmizlədi
- Azərbaycanda ötən il 410 min su analizi aparılıb
- Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri sabah Moskvada görüşəcəklər
- Azərbaycan vətəndaşının Nigeriyada öldürülməsinə görə cinayət işi açılıb
- Azərbaycan məhsulları Qətərə ixrac olunur
- Azərbaycan Livana NOTA VERİB
- Azərbaycan İranın ixracında üç əsas ölkələrdən biridir
- Azərbaycanda yol qəzaları ən çox bu səbəbdən baş verir
- Azərbaycanda bütün mağazalar açıldı