İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib
17:02 14 Yanvar 2021

“Ermənistan Azərbaycanın tarixi-dini, mədəniyyət abidələrinə münasibətdə konkret bir siyasət həyata keçirib”.
Femida.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, bu siyasətin mahiyyəti ilk növbədə bizim izlərimizi oradan silməkdir: “Bunun üçün onlar üç istiqamətdə iş aparıblar. Birincisi İslam məbədlərini, məscidləri, ziyarətgahları dağıdıblar. İkincisi İslam məbədlərini başqa xalqın mədəniyyətinin nümunəsi kimi təqdim edib, yəni özgəninkiləşdiriblər. Üçüncü istiqamət isə alban məbədlərinə olan münasibət idi ki, burada isə onların siyasətinin mahiyyəti özününküləşdirmək xarakteri daşıyırdı”.
Sədr müavini bildirib ki, işğal altında olan 128 alban məbədinin demək olar ki hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqoryan kilsəsinə çevrilib.
Femida.az
Oxunub: 184
Oxşar xəbərlər
- İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib
- İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir
- İşğaldan azad olunan ərazilərə qayıdış məsələsi müzakirə olunub
- İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb
- İşğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələri açılır
- İşğaldan azad olunan Decal kəndi - VİDEO
- İşğaldan azad edilən ərazidə Qarabağ Universiteti yaradılacaq
- İşğaldan azad olunmuş ərazilərdəki müvəqqəti komendantlıqların vəzifəsinə dəyişiklik edilib
- İşğaldan azad olunan bölgələrin bərpası üçün bəzi ölkələrə dəvət göndərilib
- İşğaldan azad edilmiş şəhər və kəndlərimiz - TAM SİYAHI