Sahibkarlığın İnkişafı Fondu ötən il 127 milyon manat güzəştli kredit verib


17:25     14 Yanvar 2021 manattt.jpg


İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 2020-ci ildə sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliyyətini davam etdirib.


Bu barədə Femida.az-a nazirlikdən bildirilib.

Məlumata görə, ötən il Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdrilməsinə 127 milyon manatadək güzəştli kredit verib. Bu kreditlərin reallaşdırılması 2700-dən çox yeni iş yerinin açılmasına imkan verir.

2020-ci ildə güzəştli kreditlərin 58%-i aqrar sektorun, 42%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79%-i regionların, 21%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

Sahibkarların güzəştli kreditləşdirilməsi bu ildə də davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 412