İstifadəyə yararsız 38 kq quru maya məhsulu məhv edildi


18:18     14 Yanvar 2021 2021/01/8aff7a0e-7199-329b-b8ee-35fec040f4ac_850_1610633985.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Femida.az-a verilən məlumata görə, fiziki şəxs İsmayılov İlham Məhəmmədoviç tərəfindən Azərbaycana gətirilən məhsul partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub.

Aparılan müayinələr nəticəsində nümunələrdə mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarı normadan artıq olduğu müəyyən olunub.

Qanunvericiliyə uyğun olaraq, normativ sənədlərin tələblərinə cavab verməyən və istifadəyə yararsız, ümumi çəkisi 38 kq olan quru maya məhsulu “Təhlükəli Tullantılar” poliqonunda Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 431