Biləsuvarda velosiped traktora çırpılıb, ölən var


19:03     14 Yanvar 2021 qeza_velosiped_045.jpg

Biləsuvarda 28 yaşlı gənc qəzada ölüb.

Femida.az-ın verdiyi məlumata görə, hadisə rayonun Səmədabad kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Musa İnşallah oğlu Abdullayev velosipedlə hərəkətdə olarkən traktorun qoşqusuna çırpılıb. Nəticədə ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 209