Şəhid ailələrinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim edilib
19:06 14 Yanvar 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun rəhbər şəxsləri tərəfindən şəhid ailələri ilə görüşlər davam edir.
Femida.az xəbər verir ki, bu dəfə Fondun sədr müavini Səfər Mehdiyev Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan Eynulla Lətifovun (Quba rayonu, İkinci Nügədi kəndi), Rəşad Səfərəliyevin (Xaçmaz şəhəri) və Ağaəli Ağayevin (Siyəzən rayonu, Balaca Həmyə kəndi) ailələrində olub.
Görüşlər zamanı ailələrin sosial vəziyyəti öyrənilib. Onlara şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib.
Hər üç şəhidin ailələrinə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğu bildirilib. Şəhid ailələrinin həmçinin aktiv məşğulluq proqramlarına cəlb olunması işlərinin də aparıldığı qeyd olunub.
S.Mehdiyev ailələrə təqaüd kartını və “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağını vurğulayıb.
Femida.az
Oxunub: 190
Oxşar xəbərlər
- Şəhidlər xiyabanı istiqamətində avtobusların hərəkəti dəyişəcək
- Şəhidlərin yeni siyahısı açıqlandı: 2855 nəfər dəfn edilib, 50 nəfər itkindir
- Şəhid ailəsinə qarşı 10 minlik dələduzluq edən tutuldu
- Şəhidin ölümündən sonra dünyaya gələn övladı doğum evindən evə buraxılıb
- Şəhid ailələri və müharibə əlillərinə yeni dəstək paketi
- Şəhid ailələrinə hər ay 500 manat məbləğində Prezident təqaüdü veriləcək
- Şəhid ailələrinə və Qarabağ əlillərinə 60-dək ev verildi
- Şəhid ailələri və qazilərə sosial-psixoloji dəstək davam edir
- Şəhid və yaralı hərbçilər üçün 18 milyon manatdan çox ödəniş edilib
- Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib