Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - VİDEO+FOTOLAR


12:37     15 Yanvar 2021 2021/01/16106-1610697509_3221399928.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Femida.az xəbər verir ki, dövlət başçısı bildirib:

"Füzuli-Şuşa yolunun təməlini qoyduq. İndi isə yeni inşa ediləcək Füzuli hava limanının təməlini qoyacağıq və bu il hava limanı hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.






Açar sözlər: #Şuşa   #Füzuli   #təməl   #prezident  

Oxunub: 409