İlham Əliyev Vaqif türbəsi İlham Əliyev Bülbülün ev muzeyini ziyarət edib


12:45     15 Yanvar 2021 21_01_15_1610700419.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı Vaqif türbəsini ziyarət edib.

Femida.az xəbər verir ki, İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva türbənin önündə xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, 1982-ci ildə türbənin tikintisi başa çatdırılıb və abidənin açılışında o zaman Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri olan Heydər Əliyev iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı Bülbülün Şuşada yerləşən ev muzeyini də ziyarət edib.

İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ətrafı təmizlənən ev muzeyinin önündə xatirə şəkli çəkdirib.



Femida.az

Açar sözlər:

Oxunub: 1060