Mehriban Əliyeva Şuşa məscidinə “Qurani-Kərim” bağışladı


12:47     15 Yanvar 2021 21_01_15_1610700492.jpg


Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub.

Femida.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kəlağayıya bükdüyü “Qurani-Kərim”i məsciddə Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı müqəddəs kitabı öpərək onu məsciddə xüsusi yaradılmış guşəyə qoyub.

Daha sonra dualar edilib.

Femida.az

Açar sözlər: #MehribanƏliyeva   #məscid   #Şuşa   #Quran  

Oxunub: 604