Bakıda istehlaka yararsız süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb
15:35 15 Yanvar 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan Femida.az-a bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Binəqədi şosesində yerləşən, fiziki şəxs İmaməliyev Kənan Camal oğluna məxsus süd və süd məhsullarının istehsalı və emalı müəssisəsində yoxlama həyata keçirilib. İlkin baxış zamanı müəssisədə ticarət şəbəkələrindən qaytarılan son istifadə tarixi bitmiş, istehlaka yararsız məhsulların təkrar emaldan keçirilərək satışa çıxarıldığı məlum olub. Yoxlama zamanı polimer qablaşdırma materialların müşayiətedici sənədlərində birdəfəlik istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, adıçəkilən qabların təkrar yuyularaq istifadə edildiyi aşkar olunub.
Keçirilən baxış zamanı üzərində heç bir etiketlənmə aparılmayan 6680 kq süd məhsulu, həmçinin təkrar istifadə olunan 944 ədəd polimer qab və markalanma tələblərinə cavab verməyən 51,2 kq etiket aşkarlanıb. Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Femida.az
Oxunub: 238
Oxşar xəbərlər
- Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında
- Bakıda minik, Gəncədə yük avtomobili yanıb
- Bakıda yolu keçən gənci avtomobil vurdu
- Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
- Bakıda havanın temperaturu 0 dərəcədir - FAKTİKİ HAVA
- Bakıda 7 müntəzəm marşrut xəttinin hərəkəti müvəqqəti dəyişdirilir
- Bakıda hava şəraiti ilə əlaqədar 64 nəfər yıxılaraq xəsarət alıb
- Bakıda yol qəzasında iki nəfər xəsarət aldı
- Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 39-a çatıb
- Bakıda qarlı havaya görə avtobuslara aralıq dayanacaqlarda da sərnişin mindirib-düşürmək tapşırılıb