Yoluxma və ölüm sayı yenə azaldı
16:18 15 Yanvar 2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773 nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, ötən müddət ərzində isə ümumilikdə 2 302 843 test aparılıb.
Oxunub: 226
Oxşar xəbərlər
- Yoluxma sayı sağalanların sayını üstələdi
- Yoluxma sayı 100-dən aşağı düşdü
- Yoluxma 4 mindən aşağı düşdü - Ölüm sayı artdı
- Yoluxma halları daha çox yas mərasimlərində olur - TƏBİB
- Yoluxma 800-dən aşağı endi
- Yoluxma niyə artır? - Rəsmi açıqlama
- Yoluxma sayı artsa, karantin sərtləşdiriləcək
- Yoluxma sayı 5 milyonu ötdü - Koronavirusla bağlı son rəqəmlər
- Yoluxmalar artır, qaydaların sərtləşdirilməsi günün tələbidir - RƏSMİ