ANAMA ləğv edildi
18:12 15 Yanvar 2021
2.jpg)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamı ləğv olunub.
Sənədə əsasən Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Prezident imzaladığı fərmanla Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
Femida.az
Oxunub: 414
Oxşar xəbərlər
- 125 yeni yoluxma - 3 nəfər öldü
- “YAŞAT” Fondundan qazilərlə bağlı AÇIQLAMA
- AQTA 21 müəssisəni cərimələdi - SİYAHI
- Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
- Məhkəmələrdə mülki işlər üzrə 95 faiz qərarlar dəyişdirilməyib
- 8 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib
- Məhkəmə Hüquq Şurası hakimləri cəzalandırdı - SİYAHI
- Dilçilik İnstitutu: "Qaynar xətt" hazırda fəaliyyət göstərir
- Xızıda "TIR" traktorla toqquşub, ölən və xəsarət alanlar var
- DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir