Astarada meşə zolağında yanğın olub
19:29 15 Yanvar 2021

15 yanvar 2021-ci il tarixində saat 15:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu, Kijəbə qəsəbəsinin yaxınlığında meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsi və daha böyük sahəyə yayılmasının qarşısı alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları da cəlb olunaraq qısa müddətdə söndürülən yanğın nəticəsində, təqribən, 2 hektar sahədə kol-kos və quru ot yanıb.
Oxunub: 231
Oxşar xəbərlər
- Astarada sərxoş avtoxuliqan saxlanılıb
- Astarada dağlıq ərazidə yanğın söndürülüb
- Astarada daha bir koronavirus xəstəsi saxlanıldı
- Astarada karantin rejimini pozan çayxanada mərc oyununun təşkil olunduğu aşkarlanıb
- Astarada "Mercedes" aşdı, ölən və yaralananlar var
- Astarada COVID-19 xəstələri saxlanılıb
- Astarada 54 yaşlı kişi çayda batdı
- Astarada evə basqın olub, qadın öldürülüb
- Astarada maskalı şəxslər evə basqın edib
- Astarada xınayaxdı məclisi keçirənlər cərimələndi