BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
20:59 15 Yanvar 2021

Dünyanın koronavirus pandemiyasından əvvəlki vəziyyətə qayıda biləcəyi ağlabatan görünmür.
Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya “Pandemiya və inteqrasiya: təhlükə, yoxsa inkişaf amili?” adlı müzakirə zamanı bildirib.
“Əsas məsələ yeni vəziyyətin necə olacağıdır. Milliyətçilik, iqtisadi və sosial məsələlərdə yerli imkanlara arxalanmaq meylimi, yoxsa əməkdaşlıq və inteqrasiya meylimi üstün gələcək?”, - deyə sual verən BMT rəsmisi sonuncu ehtimalının gerçəkləşəcəyi qənaətindədir: “Tarixdən görürük ki, böyük təhlükələrdən sonra bəşəriyyət həmişə doğru qərarlar verib. BMT və ya Avropa iqtisadi qurumlarının yaradılmasını buna misal göstərmək olar. Yəni qarşıda ümumi düşmən görəndə insanlar birləşməyə razı olur”.
Diplomatın fikrincə, hələ pandemiyadan xeyli əvvəl dünyanın qədəm qoyduğu "əsrlər ərzində bir dəfə baş verən" köklü dəyişiklik mərhələsi pandemiya nəticəsində daha da sürətlənib və insanlar bir-birindən nə qədər asılı olduqlarına bir daha əmin oldular.
Oxunub: 291
Oxşar xəbərlər
- MN: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir
- DYP-dən XƏBƏRDARLIQ – Bunu etməyən sürücülər 50 AZN cərimə ediləcək
- Dilçilik İnstitutu: "Qaynar xətt" hazırda fəaliyyət göstərir
- DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
- KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
- Azərbaycan XIN: Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş təxribat idi
- Azərbaycan Ermənistana xəbərdarlıq etdi - Qarabağda hərbçilərin yerləşdirməsi ilə bağlı
- İlham Əliyev: “Dağlıq Qarabağ ifadəsini işlətməməliyik” - VİDEO
- MN: Elxan İbrahimov Tibb Baş İdarəsi rəisinin müavini kimi öz vəsifəsini davam etdirir
- Baş prokuror: "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq"