Şuşada vaksinasiya məntəqəsi qurulur
11:43 16 Yanvar 2021

Şuşa şəhərində vaksinasiya məntəqəsi qurulmaqdadır və yaxın günlərdə fəaliyyət göstərəcək.
Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti yanında Operatov Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, ölkədə bütün tibb məntəqələri vaksinasiya prosesinə tam hazır vəziyyətdədir.
“Koronavirusa qarşı vaksinasiyada könüllülük prinsipi əsas götürüləcək. Strategiyada növbəti prinsiplər təhlükəsizlik, şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət və əməkdaşlıqdır. Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılmasıdır”.
S.Musayev bildirib ki, ilkin mərhələdə tibbi yüksək risli olanlar, ikinci mərhələdə 50 yaşdan yuxarı insanıar və ən azı bir xroniki xəstəliyi olan şəxslər peyvənd olunacaq.
Femida.az
Oxunub: 228
Oxşar xəbərlər
- Şuşada elektrik yarımstansiyası inşa edilir
- Şuşada itən Livan ermənisi haqqında yeni məlumat yayıldı
- Şuşada iki evdə yanğın olub
- Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri üçün hazırlıqlar başladı
- Şuşada beşmərtəbəli binada yanğın olub
- Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək
- Şuşada qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanıldı
- Şuşada Azan səsi - VİDEO
- Şuşada çörək sexi fəaliyyətə başladı - Video
- Şuşada bərpa ediləcək mədəniyyət müəssisələri - SİYAHI