Keçmiş məhkumdan 36 kq narkotik götürüldü
12:17 16 Yanvar 2021
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətin Femida.az-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.
Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 384
Oxşar xəbərlər
- Keçmiş məhkum Bakı sakininin bank hesabından 800 manat oğurlayıb
- Keçmiş SSRİ-nin tanınmış aktyoru vəfat edib
- Keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb
- Keçmiş məhkumlardan kimlərə birdəfəlik müavinətin verildiyinə aydınlıq gətirilib
- Keçmiş müdafiə naziri Yaponiyanın yeni XİN rəhbəri olacaq
- Keçmiş arvadını boğaraq öldürən kişiyə 16 il iş verildi
- Keçmiş SSRİ-nin tanınmış aktrisası itkin düşüb
- Keçmiş icra başçısının türmədə ölüm səbəbi açıqlandı
- Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Keçmiş məhkum 800 manatlıq viski oğurladı