Saatlıda şəhid hərbçi dəfn edilib


13:12     16 Yanvar 2021 21_01_16_1610789212.jpg


Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan daha bir hərbi qulluqçusu dəfn edilib.

Femida.az xəbər verir ki, Saatlı rayonunun Azadkənd kəndindən olan 1996-cı il təvəllüdlü Ələm Sərvər oğlu Hüseynov bu gün doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Ə.Hüseynov Vətən müharibəsində itkin düşmüş 64 hərbçidən biri idi.

Femida.az

Açar sözlər:

Oxunub: 399