Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
13:27 16 Yanvar 2021

Yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir.
Femida.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- Hava şəraitinin pisləşməsi ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib
- Hava XƏBƏRDARLIĞI - Qar yağacaq, yollar buz bağlayacaq
- Hava dəyişir: qar yağacaq, 10 dərəcə ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
- Hava limanı yolunda qəza tıxaca səbəb oldu
- Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib
- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
- Hava limanı - 28 May marşrut xətti üzrə avtobusların hərəkət cədvəli dəyişib
- Hava şəraiti ilə bağlı işəgötürənlərə xəbərdarlıq edildi
- Hava daşımalarına dair yeni prosedur müəyyənləşib
- Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib - VİDEO