Kafe və restoranlarda dövlət dilində danışmayanlar cərimələnəcək - Ukraynada


13:52     16 Yanvar 2021 21_01_16_1610790748.jpg


Ukraynada "Dil haqqında" qanunun yeni maddəsi qüvvəyə minib.

Qanuna əsasən, bank, mağaza, kafe, restoran və kitabxana işçiləri müştərilərlə yalnız dövlət dilində - Ukrayna dilində danışmalıdırlar. Həmçinin mallar və xidmətlər üzərindəki məlumatlar da dövlət dilində yazılmalıdır.

Başqa bir dildə ünsiyyət qurmağa yalnız istehlakçı özü müraciət etdikdə icazə verilir.

Qanunu pozanlar 7 min qrivna (423,5 manat) məbləğində cərimə olunacaqlar./Report

Femida.az

Açar sözlər: #Ukrayna  

Oxunub: 1535