Azərbaycanda koronavirus ən çox bu bölgələrdə yayılıb
14:33 16 Yanvar 2021
Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Femida.az xəbər verir ki, Bakıda virusa yoluxanların sayı 52,2% təşkil edir.
Yoluxma göstəricisi Aranda 13,4%, Abşeronda 12,9%, Gəncə-Qazaxda 8,2%, Şəki-Zaqatalada 3,1%, Quba-Xaçmazda 3%, Lənkəranda 2,9%, Dağlıq Şirvanda 2,5%, Yuxarı Qarabağda 1,4%, Naxçıvan Muxtar Respublikasında 0,4%-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4% təşkil edir.
Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi isə Binəqədi rayonudur. Belə ki, Bakıdakı yoluxmanın 15%-i Binəqədi rayonunun payına düşür.
Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,2%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,8%-lə Xəzər, 5,4%-lə Qaradağ, 5%-lə Səbail, 0,5%-lə isə Pirallahı qərarlaşıb.
Femida.az
Oxunub: 541
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib
- Azərbaycanda son sutkada 373 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub