“YAŞAT" şəhid ailələrinə dəstəyini davam etdirir - FOTO


14:47     16 Yanvar 2021 2021/01/13921-1610786003_1610797684.jpg


“YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

Femida.az xəbər verir ki, Fond tərəfindən 13 və 14 yanvar tarixlərində 54 şəhid ailəsi üzvünün tibbi müayinədən keçirilməsi təmin edilib.

Onların bəzilərinə müalicə, digərlərinə isə müəyyən müddətlik müalicə prosesindən sonra əməliyyat təyin edilib.

Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: #YAŞAT  

Oxunub: 496