Yanvarın 18-dən şəhər və rayon daxilindəki postlar ləğv ediləcək
15:47 16 Yanvar 2021

Yanvarın 18-dən etibarən 5 şəhər və 12 rayonda karantin postları ləğv ediləcək.
Bunu Femida.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.
O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur: “Şəhər və rayonlar daxilində quraşdırılan karantin postları vətəndaşların evdən çıxmaq icazələrini yoxlamaq üçün qurulmuşdu. Qərar qüvvədən düşdüyü üçün həmin postlar da yığışdırılacaq. Yanvarın 25-dək rayonlardan Bakı, Abşeron və Sumqayıt şəhərlərinə gediş-gəlis məhdudiyyəti qüvvədə qaldığı üçün isə Bakı-Quba yolu, Bakı-Şamaxı yolu və Bakı-Ələt avtomobil yollarındakı karantin postları fəaliyyətini davam etdirəcək", - deyə Namidan Piriyev əlavə edib.
Femida.az
Oxunub: 534
Oxşar xəbərlər
- Qubada karantin postunda saxlanılan avtomobildə nərə balıqları aşkarlandı
- Postlardan keçməyə cəhd göstərən 1751 maşın geri qaytarılıb
- 1776 avtomobil postlardan geri qaytarılıb - 2772 nəfər cərimələndi
- DİN: 2 258 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb
- Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlandı
- Qardaşının vəsiqəsi ilə postdan keçmək istədi, həbs edildi
- Postları icazəsiz keçmək istəyən 1050 maşın geri qaytarılıb
- 6693 maşın postlardan qaytarıldı, 2396 nəfər cərimələndi
- Postlardan 2538 avtomobil geri qaytarılıb
- Biləsuvarda postda COVID-19 xəstəsi saxlanıldı