Bakıya gediş-gəliş nə vaxt açılacaq? - RƏSMİ CAVAB


15:58     16 Yanvar 2021 21_01_16_1610798498.jpg


Yanvarın 25-dən etibarən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv ediləcək.

Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.

DYP rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvar ayının 25-dən etibarən rayonlararası gediş-gəliş bərpa olunacaq:

“Bununla əlaqədar həmin yollardan qurulan postlar da ləğv ediləcək. Şəhər və ya rayon qeydiyyatı olmasından asılı olmayaraq hər kəsin sərbəst gediş-gəlişinə icazə veriləcək. Müntəzəm marşrut avtobusları ilə sərnişindaşımaya isə icazə verilmir”.

Femida.az

Açar sözlər:

Oxunub: 850