Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
17:24 16 Yanvar 2021

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada məktəb tikdirmək arzusunu dilə gətiib.
Azvision.az xəbər verir ki, bu barədə MHP lideri “Twitter” hesabında yazıb.
Partiya sədri ötən ilə damğasını vuran Qarabağ zəfərini son illərdə Türk millətinin əldə etdiyi ən möhtəşəm, dastana dönən uğurlarından biri adlandırıb:
"8 noyabr 2020-ci ildə Qarabağın canı olan Şuşanın xilası zülmə son qoydu, terrorçu dövlət olan Ermənistanın kor xəyallarını məhv etdi. Şuşa strateji mövqeyindən əlavə, Türk mədəniyyəti və tarixinin simvoludur. Şuşanın inkişafı və burada yaşayan türk uşaqlarının gələcəyi hamımızın mənəvi məsuliyyətidir. Bu qədim türk şəhərinin təhsil və təlim həyatına dəstək vermək borcumuzdur. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi ilə, Azərbaycan Prezidenti İlham Əliyev məqsədəuyğun bildiyi təqdirdə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada doqquz sinifli ibtidai məktəb binası tikmək bizim hədəfimizdir. Bu mövzuda sahib olduğumuz bütün vasitələr səfərbər ediləcək və lazım olanlar dərhal yerinə yetiriləcək".
Baxçalı, həmçinin Azərbaycanın dövlət himninin 30 yanvar 1920-ci ildə qəbul edildiyini xatırladıb, himnin sözlərinin müəllifinin Əhməd Cavad, bəstəkarının isə Şuşada anadan olan Üzeyir Hacıbeyli olduğuna diqqət çəkib.
MHP lideri məktəbin adının Üzeyir Hacıbəyli, təməl atma gününün isə 30 yanvar 2021-ci ildə baş tuta biləcəyini söyləyib.
Oxunub: 339
Oxşar xəbərlər
- Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub
- Dövlət Turizm Agentliyi hotellərə ciddi xəbərdarlıq etdi
- Dövlət Komitəsi gənc qızın intiharını hüquq-mühafizə orqanları ilə araşdırır
- Dövlət qulluğuna test imtahanının nəticələri elan olunub
- Dövlət qulluğu imtahanından 8 nəfər keçdi
- Dövlət Departamenti Gürcüstanla bağlı açıqlama yaydı
- Dövlət büdcəsində 1 milyard manatdan çox qalıq yaranıb
- Dövlət Dəniz Agentliyi hava şəraiti ilə əlaqədar məlumat yayıb
- Dövlət qulluğunda işləmək istəyən şəxslərin nəzərinə!
- Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib