Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
18:03 16 Yanvar 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.
Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Yayılan açıqlamada bildirilib ki, iki ölkənin lideri Azərbaycan-Türkiyə və regional məsələlərlə bağlı müzakirə aparıblar.
R.T.Ərdoğan Azərbaycanın haqlı və böyük bir mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin regionda sülh və rifah üçün yeni imkanlar yaratdığını bildirərək qeyd edib ki, Türkiyənin Azərbaycana bu yeni mərhələdə bütün sahələrdə dəstəyi davam edəcək.
Türkiyə Prezidenti Ermənistan işğalından azad edilən Qarabağ torpaqlarında inşaat və təmir bərpa işlərinin başlanmasına məmnunluğunu ifadə edib.
Oxunub: 465
Oxşar xəbərlər
- Azərbaycanda koronavirusdan daha 4 nəfər ölüb
- Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mənfi rəy verməyəcək
- Azərbaycanda törədilən dəhşətli qətlin üstü açıldı – HƏBSLƏR VAR
- Azərbaycanın avtomobil yollarında son vəziyyət
- Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub
- Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
- Azərbaycan Avrasiyanın əsas qaz hasilatçısına çevriləcək
- Azərbaycan məhsulları BƏƏ-yə ixrac ediləcək
- Azərbaycanda martın sonu karantin yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
- Azərbaycan neftinin qiyməti 65 dolları keçib