Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub


18:33     16 Yanvar 2021 21_01_16_1610806469.jpg

Belarus xarici işlər naziri Vladimir Makey Azərbaycan səfiri Lətif Qəndilovla görüşüb.

Femida.az “BelTA”ya istinadən xəbər verir ki, Belarus XİN-dən verilən məlumata görə, qarşıdakı yüksək səviyyəli qarşılıqlı səfərlərin vaxtını müzakirə edən tərəflər ötən il iqtisadi ticari əməkdaşlığının nəticələri və gələcək planlara dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin hər iki ölkədə koronavirusa qarşı görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb. İki ölkə Xarici İşlər Nazirlikləri arasında 2021-ci ildəki qarşılıqlı əlaqələr, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Tərəflər siyasi, iqtisadi, humanitar sahələrdə strateji əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı addımlar müəyyənləşdiriblər.

Açar sözlər:

Oxunub: 347