Penitensiar xidmət qətlə yetirildiyi iddia edilən məhkumun ölüm səbəbini açıqlayıb
19:38 16 Yanvar 2021
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Femida.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalandır: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb.
Oxunub: 692
Oxşar xəbərlər
- Penitensiar xidmət Saleh Rüstəmovun son durumunu açıqlayıb
- Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar edib
- Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı
- Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yumurtanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb
- Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yaydı
- Penitensiar Xidmətdə xüsusi karantin şöbələri yaradıldı
- Penitensiar Xidmət həbs olunan icra başçısı haqqındakı məlumatları təkzib etdi
- Penitensiar Xidmətdə əsgər özünü güllələdi
- Penitensiar müəssisələrdə koronavirusla mübarizə yüksək səviyyədə təşkil olunub
- Penitensiar xidmətin rəisi vətəndaşları qəbul edəcək