Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı


21:12     16 Yanvar 2021 21_01_16_1610814915.jpg

Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş iki erməni hərbçinin meyitini Ermənistana təhvil verib.

Femida.az -ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edilir ki, onlar bu günə kimi itkin düşmüş sayılırdılar.

Bununla da Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı 1 232 nəfərə çatıb.

Qeyd edək ki, bunlar itkin sayılan erməni hərbçilərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyi daha əvvəl müharibədə həlak olmuş 3 300-dən çox hərbçinin meyitinin ekspertizadan keçirildiyini xəbər verib.

Bu gün itkin erməni hərbçilərin axtarışları Şuşada, Hadrutda, Cəbrayılda və Füzulidə də davam etdirilib.

Açar sözlər:

Oxunub: 602