Filippində hərbi helikopter qəzaya uğradı, ölənlər var


21:17     16 Yanvar 2021 21_01_16_1610817564.jpg

Filippində Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.

Femida.az xəbər verir ki, bu barədə yerli “Manila Bulletin” qəzeti bildirib.

Hadisə Bukidnon əyalətinin dağlıq kəndlərindən birinin ərazisində baş verib. Qəza zamanı helikopterdə iki pilot, iki heyət üzvü və üç sərnişin olub, onların hamısı ölüb.

Qeyd edilir ki, helikopter ordu briqadasının ehtiyatının təminatı üzrə missiyanı yerinə yetirirmiş.

Helikopter tamamilə dağılıb, hazırda qəza ərazisində axtarış əməliyyatı aparılır. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Açar sözlər:

Oxunub: 504