Sumqayıtda ər arvadını oteldə boğaraq öldürüb


10:23     17 Yanvar 2021 2021/01/santaj-qetl-zorlama_1610865054.jpg

Sumqayıtda ər arvadını boğaraq öldürüb.


APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib. Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 836